Antonio Quterreş - Təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən kritik ehtiyac duyulan humanitar fasilə əvəzinə İsrail hərbi əməliyyatları intensivləşdirib
Antonio Quterreş - Təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən kritik ehtiyac duyulan humanitar fasilə əvəzinə İsrail hərbi əməliyyatları intensivləşdirib

BMT-nin baş katibi Antonio Quterreş növbəti dəfə Qəzzada dərhal atəşkəsə və “Həmas” tərəfindən əsir götürülmüş girovların azad edilməsinə çağırıb. Bu barədə Quterreş Nepala səfəri zamanı bildirib.

“ Təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən kritik ehtiyac duyulan humanitar pauza əvəzinə İsrail hərbi əməliyyatları intensivləşdirib”, – Quterreş bildirib.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözlərinə görə, o, oktyabrın 7-də “Həmas”ın İsrailə qarşı həyata keçirdiyi hücumları tamamilə qınayır.