Antonio Quterreş - İsrailin çox sayda günahsız vətəndaşın həyatını itirməsi ilə nəticələnən hərəkətlərini qınayıram, Qəzzada təhlükəsiz yer qalmayıb, bu dəhşət dayanmalıdır
Antonio Quterreş - İsrailin çox sayda günahsız vətəndaşın həyatını itirməsi ilə nəticələnən hərəkətlərini qınayıram, Qəzzada təhlükəsiz yer qalmayıb, bu dəhşət dayanmalıdır

 
BMT-də Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda İsrailin Rafaha hücumunu müzakirə edəcəklər.

Əlcəzair Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

Bundan əvvəl isə BMT-nin baş katibi Antonio Quterreş Rafaha edilmiş hücuma münasibət bildirib.

“İsrailin, bu ölümcül münaqişəyə görə sığınacaq axtaran çox sayda günahsız vətəndaşın həyatını itirməsi ilə nəticələnən hərəkətlərini qınayıram. Qəzzada təhlükəsiz yer qalmayıb. Bu dəhşət dayanmalıdır” – Quterreş sosial şəbəkədə yazır.