Antonio Quterreş - baş katib olduğum vaxtdan bəri istənilən münaqişə ilə müqayisədə misli görünməmiş sayda mülki şəxslərin öldürülməsinin şahidi oluruq
Baş katib olduğum vaxtdan bəri istənilən münaqişə ilə müqayisədə misli görünməmiş sayda mülki şəxslərin öldürülməsinin şahidi oluruq-bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Quterreş bildirib ki, onun rəhbərliyi dövründə münaqişədə olan uşaqlarla bağlı dərc edilən bütün hesabatlarda Yəmən və Suriyadakı münaqişələrdə yüzlərlə qurbandan bəhs edilərkən Qəzzada davam edən müharibədə minlərlə uşağın öldürüldüyü aydın idi.
Qəzza Səhiyyə Xidmətinin məlumatına görə, İsrailin hücumları nəticəsində azı 5500-ü uşaq olmaqla, təxminən 13 min insan həlak olub.