António Quterres - 7 oktyabr dünyanın HƏMAS-ın iyrənc hərəkətlərini yüksək səslə pisləməli olduğu gündür
António Quterres - 7 oktyabr dünyanın HƏMAS-ın iyrənc hərəkətlərini yüksək səslə pisləməli olduğu gündür

“Həmas”ın İsrailə hücumunun ildönümü ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreş videomüraciət yayıb. Quterreşin sözlərinə görə, indi sülh və ədalət zamanıdır.

“Oktyabrın 7-də HƏMAS-ın İsraildə genişmiqyaslı terror aktı törətdiyi və 1250-dən çox insanın, o cümlədən uşaq və qadınların ölümünə səbəb olan dəhşətli hadisədən bir il ötür. Aralarında çoxlu qadın və uşaqların da olduğu 250-dən çox insan qaçırılaraq Qəzzaya aparılıb. Bu, dünyanın HƏMAS-ın iyrənc hərəkətlərini pisləyən ən yüksək səslə çıxış etməli olduğu gündür. Mən bir daha bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm. Bütün qurbanlar və onların yaxınları ilə həmrəy olduğumu bildirirəm”. Quterreş bildirib.