Antalyada baş verən insindentlə bağlı Gürcüstanın Futbol Federasiyası bəyanat yayır
Antalyada baş verən insindentlə bağlı Gürcüstanın Futbol Federasiyası bəyanat yayır

Türkiyədə oğurluğa görə beş gürcü futbolçusunun həbs edildiyi barədə məlumatı türk medyası yayır.

Medyanın məlumatına görə, Gürcüstanın birinci liqasının dəstəsi olan “Tsxinvali” və “Spartak”  Belekdə görüş keçirir.

Ehtimala görə, beş gürcü futbolçusu Antaliyanın ticarət mərkəzindən mal oğurlayıb. Ticarət mərkəzinin gözətləmə kameralarında görünür ki, oğurluq təqribən saat 17:00-da baş verib.

Antalyada baş verən insindentlə bağlı Gürcüstanın Futbol Federasiyası bəyanat yayır.

“Gürcüstanın Futbol Federasiyasının əsas funksiyalarından biri odur ki, gürcü futbolçularının imicin ləkələnməsinə necə ölkə daxilində, eləcə də xaricdə yol verilməsin. “Tsxinvali” futbol klubuna müraciət edirik ki, qeyd olunan məlumatın təsdiqləndiyi təqdirdə, onun səlahiyyəti çərçivəsində qanun pozan şəxslərlə bağlı müvafiq qərarlar versin. Gürcüstanın Futbol federasiyası qanuna zidd olan və ölkənin reputasiyasına xələl gətirən hərəkətləri qınayır” – deyilir federasiyanın bəyanatında.