Anri Oxanaşvili - Birinci dəfə bizə namizəd statusunun verilməməsi düzgün qərar deyildi, bunu demək kiməsə hücum etməyimiz mənasına gəlmir
Anri Oxanaşvili - Birinci dəfə bizə namizəd statusunun verilməməsi düzgün qərar deyildi, bunu demək kiməsə hücum etməyimiz mənasına gəlmir

 
Birinci dəfə bizə namizəd statusunun verilməməsi düzgün qərar deyildi, bunu demək kiməsə hücum etməyimiz mənasına gəlmir -bu haqda Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili deyib.

Oxanaşvili, zamanında Gürcüstana nahaq yerə statusun verilmədiyini bildirib.

“Namizəd statusu ilə bağlı prosesi xatırlayırsınız. Gürcüstanın statusa layiq olmaması ilə bağlı zamanında verilmiş qərarla razılaşırdınızmı? – Bu, düzgün qərar deyildi. Bunu demək kiməsə hücum etməyimiz mənasına gəlmir, əksinə başqa ölkələrə statusun verildiyi bütün parametrlər üzrə statusa biz daha çox layiq idik. Bizə qarşı belə davranışın nalayiq olduğunu deməyimiz, hücumdurmu?” – Anri Oxanaşvili açıqlayıb.