Ankarada Rusiya, ABŞ, Almaniya və Qərbin daha üç ölkəsi arasında məhbusların mübadiləsi aparılır
Ankarada Rusiya, ABŞ, Almaniya və Qərbin daha üç ölkəsi arasında məhbusların mübadiləsi aparılır

 

Rusiya, ABŞ, Almaniya və Qərbin daha üç ölkəsi arasında məhbusların mübadiləsində səkkizi Rusiya vətəndaşı olmaqla azı 24 nəfər iştirak edir.

Bu haqda məlumatı “BBC” yayır.

Eyni zamanda türk mediası məhbusların mübadiləsinin Türkiyənin paytaxtı Ankarada baş tutacağını və bu prosesi Türkiyənin Kəşfiyyat Xidmətinin koordinasiya etdiyini xəbər verir.

Rusiyanın “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi, keçmiş dəniz piyadası Pol Uilan, “Azadlıq” radiosunun jurnalisti Alsu Kurmaşevanı, Kremlin rəqibi Vladimir Kara-Murzanı, rus dissident İlia İaşini və hüquq müdafiəçisi Oleq Orlovu azad edəcəyi haqda məlumat yayılır.

Türk mediası məhbusların mübadiləsinin Türkiyə vaxtı ilə saat 19:00-da başlayacağını yazır.

Məlumat yayılır ki, Rusiya ilə məhbusların mübadiləsi prosesində alman rəsmilərinin Rusiyanın Kəşfiyyat Xidmətinin polkovniki olaraq göstərdiyi Vadim Krasikov alman həbsxanasından azad edilib. Vadim Krasikov, Berlində Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.