Analena Berbok - Amerika raketləri Rusiyanı etibarlı şəkildə çəkindirəcək
Analena Berbok - Amerika raketləri Rusiyanı etibarlı şəkildə çəkindirəcək

Analena Berbokun sözlərinə görə, Amerika raketləri Rusiyanı etibarlı şəkildə çəkindirəcək. Almaniyanın xarici işlər naziri Almaniya mətbuatına müsahibəsində bəyan edib ki, Almaniyada uzaqmənzilli Amerika raketlərinin yerləşdirilməsi Rusiya prezidenti Vladimir Putinin qarşısını almaq üçün zəruridir.

“Ümid prinsipi bizi Putin Rusiyasından qoruya bilməz”, – Analena Berbok bildirib.

Onun sözlərinə görə, Almaniyanın müdafiəsi Berlinin indi öz təhlükəsizliyinə sərmayə qoyması ola bilər və bura Almaniyada Amerika raketlərinin yerləşdirilməsi planı da daxildir. Berbokun sözlərinə görə, bu cür addımlar həm də Rusiya ilə birbaşa həmsərhəd olan və son aylarda Rusiyanın hibrid üsullarını sınaqdan keçirmiş Polşa, Baltikyanı ölkələr və Finlandiyanı da qorumalıdır.

Məlumat üçün bildirək ki, NATO-nun iyul ayında keçirilən sammitində ABŞ və Almaniya Almaniya ərazisinə Amerikanın uzaqmənzilli raketlərinin yerləşdirilməsinin planlaşdırıldığını bəyan etmişdilər. Xüsusilə, 2026-cı ildən ABŞ Almaniyada SM-6 zenit raketləri, “Tomaqavk” qanadlı raketləri və eksperimental hipersəs silahlarını yerləşdirəcək. “Tomaqavk” raketləri 2500 kilometr radiusdakı hədəfləri məhv edə bilir.