Amiran Qamğrelidze - epid-durum getdikcə, dinamik şəkildə pisləşir, istisna deyil ki, aprelin sonunda, mayın əvvəlində virusun yayılmasının pikinə daxil olaq
Amiran Qamğrelidze - epid-durum getdikcə, dinamik şəkildə pisləşir, istisna deyil ki, aprelin sonunda, mayın əvvəlində virusun yayılmasının pikinə daxil olaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki, Gürcüstanda epid-durum pisləşir və yaxın iki həftəyə virisun yayılmasının piki gözlənilir.

“Müsbətliliyin gündəlik göstəricisi ilk dəfə dörd faizi aşdı, lakin 14 günlük göstəricilərlə hələlik 2.98 faizdir. Başqa indikatorlar da bu cür pisləşir. Reproduksiya indeksi artıb. Aktiv halların sayı 10 478-dir. Bunların hamısı ona işarə edir ki, epid-durum getdikcə, dinamik şəkildə pisləşir, istisna deyil ki, aprelin sonunda, mayın əvvəlində virusun yayılmasının pikinə daxil olaq, əgər, sözsüz ki, tez-tez söhbət etdiyimiz rekomendasiyalar müdafiə olunmadısa. Maskanın gəzdirilməsi göstəricisi yenə aşağıdır və 50 faizi təşkil edir və mobillik doqquz faizdir, yəni mobillik ciddi şəkildə artıb”, – Amiran Qamğrelidze bəyan etdi.

Elə onun dediyinə görə, önəmlidir ki, Pasxa Bayramı günləri rekomendasiyarın müdafiəsi founda keçsin.

“İndi ən önəmlisidir ki, Müqəddəs Pasxa Bayramı günləri rekomendasiyarın müdafiəsi founda keçirək. Rekomendasiyalar sərt şəkildə müdafiə olunmalıdır”, – Qamğrelidze qeyd etdi.

Suala ki, əgər epid-durum pisləşsə və 14 günlük göstərici dörd faizi aşsa, hansı əlavə məhdudiyyətlər tədbiq olunacaq Amiran Qamğrelidze bəyan etdi ki, məsələ üzrə müzakirə koordinasiya şurasının iclasında aparılır və onun idarəsinin rekomendasiyaları şura üçün məlumdur.