Amiran Qamkrelidze - Ölkədə epid-vəziyyət pisləşir, ola bilsin ki, geniş miqyaslı epidemiyaya düşək
Amiran Qamkrelidze - Ölkədə epid-vəziyyət pisləşir, ola bilsin ki, geniş miqyaslı epidemiyaya düşək

İki həftədən artıqdır ki, hər gün 600-dən çox virus halı qeydə alınır. Fevral ayından sonra belə olmayıb. Bütün göstəricilər onu göstərir ki, ölkədə epid-vəziyyət pisləşir, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze Birinci Kanala verdi.

“Əgər requlyasiyaları qorumasaq, geniş miqyaslı yoluxmalar başlayacaq və noyabr-dekabrdaki kimi geniş-miqyaslı epidemiyaya düşəcəyik”, – dedi Amiran Qamkrelidze.

Onun dediyinə görə, ölkədə vaksinasiya istəyənlərin sayı çox azdır.

“Bu günə qədər 19 694 nəfər peyvənd edildi. Dünən yenə 1 497 nəfər. Peyvənd edilmək istəyənlərin sayı artır, aprelin sonuna qədər 17 min nəfər yazılıb, ancaq proses çox yavaş gedir. Vaksinasiyadan başqa bu pandemiyayı məğlub etməyin başqa yolu yoxdur. Əgər ilin sonuna qədər əhalinin 60 faizi peyvən edilsə, ilin sonunda ölkədə epidemiya başa çatacaq”, – dedi Qamkrelidze.