Amiran Qamkrelidze - Klasterlərdən virusun kütləvi yayılmasına keçirik
Amiran Qamkrelidze - Klasterlərdən virusun kütləvi yayılmasına keçirik

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidzenin bəyanatına görə,, ölkədə epid-vəziyyətin pisləşməsi gözlənilirdi.

Onun dediyinə görə, regionda virus hallarının göstəriciləri xeyli artıb. Qamkrelidze əhaliyə müraciət etdi ki, rekomendasiyaları qorusunlar və kütləvi yığılmalardan baş qaçırdsınlar.

“Biz əhaliyə və nəzarət xidmətinə müraciət edirik ki, daha çox kontrol edilsin, çünki noyabr-dekabr aylarındaki məhdudiyyətləri təkrarlamaq istəmirik. Klasterlərdən artıq virusun kütləvi yayılmasına keçirik. Regionda virus hallarının artımı ilə birinci yerdə Tbilisidir, ikinci yerdə Sameqrelo-Yuxarı-Svaneti və sonra Acara və digər regionlar gəlir.

Çox diqqətli olmalıyıq, insindentlərin göstəricisi ciddi şəkildə artır”, – dedi Amiran Qamkrelidze.

Qamkrelidze bəyan etdi ki, koordinasiya şurasının qərarıdır ki, ölkədə qüvvədə oan məhdudiyyətlərin icra edilməsi üçün nəzarət ciddi şəkildə gücləndirilsin.