Amiran Qamkrelidze - İlk vaksinasiyadan sonra infeksiyaya yoluxma hallarını öyrənirik
Amiran Qamkrelidze - İlk vaksinasiyadan sonra infeksiyaya yoluxma hallarını öyrənirik

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edir ki, vaksinanın ilk dozası ilə peyvənd edildikdən sonra infeksiyaya yoluxma halları müzakirə olunur.

“Beş gün bundan öncəki göstəricilərlə, vaksinanın birinci dozasından sonra infeksiyaya yoluxmanın 120-yə qədər halı qeydə alındı. Bunlardan 80 hal “Astrazenekadan”, 40 hal isə, “Fayzerdən” sonra qeydə alındı.

İlk doza imuniteti gücləndirdiyi üçün infeksiyaya yoluxma halları asan keçdi, ancaq belə halları detallı şəkildə öyrənirik.

Vaksinasiyadan sonra koronavirusa yoluxan şəxslərin nəzarəti davam edir və kontaktları da artıq qeydə alınıb”, – dedi Amiran Qamkrelidze.