Amiran Qamkrelidze - Gürcüstanda COVİD-19-a qarşı vaksinasiya məcuri deyil və olmayacaq, vaksinasiya könüllüdür
Amiran Qamkrelidze - Gürcüstanda COVİD-19-a qarşı vaksinasiya məcuri deyil və olmayacaq, vaksinasiya könüllüdür

Gürcüstanda COVİD-19-a qarşı vaksinasiya məcuri deyil və olmayacaq, vaksinasiya könüllüdür və elə olmağa davam edəcək, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Qamkrelidzenin dediyinə görə, vaksinasiya dünyanın bütün ölkələrində könüllüdür.

“Vaksinasiya məcburi deyil. Məcburiliyi qanun təyin edir. Məcburi olan – aqresiv dissiplinlərdə işləyən tibb işçilərinin “B” hepatitə qarşı peyvənd edilməsidir. Koronavirusa qarşı vaksinasiya isə, məcburi ancaq böyük epidemiya zamanı, lokal formada ola bilər. COVİD-19-a qarşı vaksinasiya könüllüdür”, – dedi Qamkrelidze.