Amiran Qamkrelidze - Bu il vaksinasiya ümumi xalq hərəkatına çevrilməlidir
Amiran Qamkrelidze - Bu il vaksinasiya ümumi xalq hərəkatına çevrilməlidir

Bu il vaksinasiya ümumi xalq hərəkatına çevrilməlidir, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, vaksinasiyasız bu epidemiya heç bir zaman başa çatmayacaq.

“Peyvənd edilməsək, bu epidemiya getməyəcək. Ona görə də bu il vaksinasiya prosesi ümumi xalq hərəkatına çevrilməlidir. Sözün əsl mənasında, İsraili qısqandım, harada son 10 ay ərzində, koronavirusdan bir nəfər belə həlak olmayıb. Mən istəyirəm ki, Gürcüstanda da o gün gəlsin ki, virusdan kimsə vəfat etməsin. Buna sadəcə vaksinasiya və prevensiya tədbirləri ilə nail ola bilərik. Buna doğru ictimaiyyətlə bərabər yürüməliyik”, – dedi Amiran Qamkrelidze.