Amiran Qamkrelidze - "Astrazeneka" vaksinasının 43 min dozası mayın 6-da gətiriləcək, digər 43 min isə, mayın ortasında
Amiran Qamkrelidze - "Astrazeneka" vaksinasının 43 min dozası mayın 6-da gətiriləcək, digər 43 min isə, mayın ortasında

“Astrazeneka” vaksinasının 43 min dozası mayın 6-da gətiriləcək, digər 43 min isə, mayın ortasında, – bu bəyanatı Gürcüstanın Birinci Kanalına Xəstəliklər Nəzarətinin Milli Mərkəzini sədri Amiran Qamkrelidze verdi.

Qamkrelidzenin məlumatına görə, “Novovaks” vaksinasının gətirilməsi ilə bağlı danışıqlar da aparılır.

“Novovaksla” danışıqlar aparılır, “Conson en Consona” gəlincə isə, onun müvəqqəti olaraq dayandırılan fəaliyyəti davam edir və onlarla da danışıqlar olacaq. Eyni zamanda, “Moderna” ilə bağlı işləmlər də başlayacaq. Xatırladaq ki, “Moderna” ÜST-dən avtorizasiyayı dünən aldı.

“Astrazenekaya gəlincə isə, 43 min dozası mayın 6-da gətiriləcək, digər 43 min isə, mayın ortasında”, – dedi Amiran Qamkrelidze.