Amerika iqtidarı Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə 26 000 PCR test verdi
Amerika iqtidarı Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə 26 000 PCR test verdi

Amerika Birləşmiş Ştatlarının iqtidarı Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə, tibb işçilərinə dəstək olaraq, 26 000 PCR test verdi.

Bu barədə məlumatı ABŞ-ın Gürcüstandaki səfirliyi yayır.

“COVİD-19 pandemiyasının idarə edilməsində Gürcüstanın tibb işçilərinə yardım olaraq, ABŞ iqtidarı USAİD-in vasitəçiliyi ilə, Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə 26 000 PCR test verdi.

Qeyd olunan testlər xəstəxanalarda, klinikalarda və laboratoriyalarda ölkə miqyasında paylanacaq” – deyilir səfirliyin məlumatında.