Almaniyanın Saarbrücken şəhərində güclü yağış səbəbindən qırmızı həyəcan işarəsi elan edildi
Almaniyanın Saarbrücken şəhərində güclü yağış səbəbindən qırmızı həyəcan işarəsi elan edildi

Almaniyada, Fransa sərhədi yaxınlığında, Saarbrükken şəhərində güclü yağış səbəbindən hakimiyyət qırmızı həyəcan işarəsi elan etdi.

Təbii fəlakət nəticəsində evləri, bağçaları və zirzəmiləri su basdı.

Almaniyanın bəzi bölgələrində əhalini təxliyə etmək zərurəti yarandı. Hazırda xəsarət alanlar barədə məlumat yayılmır.

Bununla yanaşı, güclü daşqın səbəbindən Almaniya kansleri Olaf Şolts Saarland bölgəsində şənbə günü planlaşdırılan Avropa Parlamenti seçki kampaniyası görüşünü ləğv etdi.