Almaniyanın Bavariya bölgəsində güclü dolu və yağış nəticəsində evləri su basıb
Almaniyanın Bavariya bölgəsində güclü dolu və yağış nəticəsində evləri su basıb

Almaniyanın Bavariya bölgəsində güclü dolu və yağış nəticəsində evləri su basıb. Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Güclü dolu və tufan nəticəsində zirzəmiləri, evləri, küçələri su basıb. Fırtına ağacları kökündən çıxararaq nəqliyyatın hərəkətini çətinləşdirib. Bavariyanın bəzi bölgələrində dolu laylarının hündürlüyü 30 santimetrə çatıb.

Təbii fəlakətdən sonra təmizləmə işləri hələ də davam edir, ərazidə 200-ə yaxın yanğınsöndürən işləyir. Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə xüsusilə sahilyanı ərazilərdə hava şəraitinin pisləşəcəyi gözlənilir.