Almaniya, Polşa və Fransa 2025-ci ildə Polşa ərazisində birgə təlimlər keçirmək barədə razılığa gəliblər
Almaniya, Polşa və Fransa 2025-ci ildə Polşa ərazisində birgə təlimlər keçirmək barədə razılığa gəliblər

Veymar üçbucağına üzv olan Almaniya, Polşa və Fransa 2025-ci ildə Polşa ərazisində hərbi təlimlər keçirmək barədə razılığa gəliblər. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosniak-Kamiş Veymar üçbucağına üzv olan ölkələrin müdafiə nazirlərinin Parisdəki görüşündən sonra bildirib.

Nazirin dediyinə görə, danışıqlar nəticəsində, aralarında Polşada birgə təlimlərin də olduğu üç mühüm razılaşma əldə olunub.

“Veymar Üçbucağı Alyansı reallığa çevrilir”,- Vladislav Kosniak-Kamiş qeyd edib.

Nazir həmçinin bildirib ki, ölkələr NATO-nun Ukraynaya hərbi yardımda koordinasiya rolunun gücləndirilməsi üçün öz dəstəyini ifadə ediblər.

“Ukraynanın qərb istəkləri maksimal dərcədə realdır və biz Ukraynanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyini dəstəkləyirik. Bunun real və mümkün olması üçün Ukrayna uğur qazanmalı, indi güclü olmalıdır, Rusiyaya qarşı mübarizədə uğurlu olmalıyıq”, – deyə Vladislav Kosniak-Kamiş qeyd edib.