Almaniya 2025-ci ildə Ukraynaya hərbi yardımı yarıya endirəcək
Almaniya 2025-ci ildə Ukraynaya hərbi yardımı yarıya endirəcək

 
Almaniya 2025-ci ildə Ukraynaya hərbi yardımı yarıya endirəcək-bu haqda “Reuters” yazır.

“Reuters” tərəfindən əldə edilmiş Almaniyanın 2025-ci il üçün büdcə layihəsinə əsasən, 2024-cü ildə Ukraynaya yardım təxminən 8 milyard avro təşkil edirdi, 2025-ci ildə isə bu rəqəm təxminən 4 milyard avro olacaq.

“Reuters”in yazdığı kimi, Ukraynaya hərbi yardımın azalacağına baxmayaraq, Almaniya NATO-nun məqsədini yerinə yetirəcək və 2025-ci ildə ÜDM-in 2 faizini müdafiəyə xərcləyəcək, bu da ümumilikdə 75,3 milyard avro təşkil edir.