Ali Məhkəmə Donald Trampa prezidentliyi dövründə rəsmi hərəkətlərinə görə cinayət təqibindən mütləq toxunulmazlıq verib
Ali Məhkəmə Donald Trampa prezidentliyi dövründə rəsmi hərəkətlərinə görə cinayət təqibindən mütləq toxunulmazlıq verib

 
Ali Məhkəmə sabiq prezident Donald Trampa rəsmi hərəkətlərinə görə cinayət təqibindən mütləq toxunulmazlıq verib.

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin qərarına əsasən, mütləq toxunulmazlıq eks-prezidentlərə prezident olduqları dövrdə həyata keçirdikləri bütün rəsmi hərəkətlərə görə şamil edilir. Hərçənd, toxunulmazlıq qeyri-rəsmi, şəxsi xarakterli hərəkətlərə şamil edilmir.

“Prezident qeyri-rəsmi hərəkətlərə görə toxunulmazlıqdan istifadə edə bilməz və prezidentin etdiyi hər şey rəsmi hərəkət deyil. Prezident qanundan üstün deyil” – Ali Məhkəmənin baş hakimi Con Roberts bildirib.

Ali Məhkəmənin altı səs lehinə, üç səs əleyhinə qəbul etdiyi qərara əsasən, aşağı instansiyanın məhkəmələri prezidentin rəsmi və qeyri-rəsmi hərəkətlərini özləri ayırmalı olacaqlar.