Aleksandr Melik-Paşaevin evinə mədəni irs abidəsi statusu verildi
Aleksandr Melik-Paşaevin evinə mədəni irs abidəsi statusu verildi

Gürcüstanın Mədəni İrsin Qorunmasının Milli Agentliyinin qərarı ilə, Şaumyanda, Aleksandr Melik-Paşaevin evinə mədəni irs abidəsi statusu verildi.

Bu barədə məlumat agentliyin veb-səhifəsində verilir.

Agentliyin məlumatına görə, ev 19-cu əsrdə, o zamanlar kəndin ağası olan və Rusiyanın hərbi xidmətində fəaliyyət göstərən, kimsə Kalantarov tərəfindən tikilib. Daha sonra həmin evdə Kalantarovun qohumları Qabo Kalantarov və Melik Paşaev yaşayırdılar.

Deyilənə görə, 1905-ci ildə bu evdə məşhur dirijor Aleksandr Melik-Paşaev anadan oldu, hansı ki, öncə Tbilisinin Opera və Balet teatrının əsas dirijoru idi, daha sonra isə, Moskvanın Böyük Teatrında çalışıb.

1926-cı ildə, komunistlər evi Qabo Kalantarovun əlindən aldılar və onda 1987-ci ilə qədər fəaliyyət göstərən rayon şurası yaratdılar.

Daha sonra isə, evdə kitabxana və Paşaevin muzeyi yerləşdi.

Hal-hazırda da həmin evdə kitabxana və muzey əşyaları var.