Aleko Elisaşvili, Salome Zurabişvili tərəfindən təqdim edilmiş “Gürcü xartiyası”na qoşulduğunu bəyan edir
Aleko Elisaşvili, Salome Zurabişvili tərəfindən təqdim edilmiş “Gürcü xartiyası”na qoşulduğunu bəyan edir

 
“Vətəndaşlar” partiyası Gürcüstanın Prezidentinin təşəbbüsünü irəli sürdüyü “Gürcü xartiyası”na qoşulur. Bu haqda partiyanın yaydığı bəyanatda deyilir.

“Ölkənin Avropa gələcəyi, institusional və demokratik inkişaf üçün əsaslı islahatların həyata keçirilməsi vacibdir. Müvafiq olaraq, “Vətəndaşlar” partiyası prezidentin təşəbbüsünü irəli sürdüyü fəaliyyət planı – “Gürcü xartiyası”nı bölüşür və ona qoşulur”- deyə bəyanatda qeyd olunub.

Gürcüstanın Prezidenti Salome Zurabişvili siyasi partiyalara fəaliyyət planını, “Gürcü xartiyası”nı təqdim edib. Salome Zurabişvilinin bəyanatına əsasən, “Gürcü xartiyası”nda cəmiyyətin sifariş və tələbi əks olunub.