Aleko Elisaşvili-müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda  pıçıldayır, cəsarət göstərsinlər, səslərini çıxarsınlar
Aleko Elisaşvili-müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda  pıçıldayır, cəsarət göstərsinlər, səslərini çıxarsınlar

 

 

Mən bu gün dedim ki, əgər bu razılaşma yerinə yetirilər isə , parlamentə daxil olmalıyıq, mən bunu deməyə cəsarət göstərdim, müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, lakin Bakradze-Bokeria-Uqulava istəmir,çünki onlar daxil ola bilmədilər- bu barədə Vətəndaşlar partiyasının lideri, Aleko Elisaşvili Mtavari teleşirkətinin efirində bildirib.

Aleko Elisaşvilinin də qeyd etdiyi üzrə, Milli Hərəkatın nümayəndələrinin əksəriyyəti də parlamentə daxil olmaq istəyir.

„Heç kəs bunu deməyə cəsarət göstərmir.Bunu deməyi öz üzərimə götürdüm. Buna görə də bütün çirkablar mənə istiqamətləndirildi, lakin qorxmuram. Bu xilasedici danışıqlardır, buna görə də burada əyləşmişəm və bunu qoruyuram.Mandatın heç marağında da deyiləm, 43 yaşım var, heç vaxt deputat olmamışam.Hər kəs daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda  pıçıldayır, cəsarət göstərsinlər, səslərini çıxarsınlar”- deyə Elisaşvili bildirib.