Aleko Elisaşvili- Avropalı Gürcüstan partiyası növbədənkənar seçkilər istəmir, Zuqdidi və Potidə rüsvay olan Qiqi Uqulava kimin mandatını cırır
Aleko Elisaşvili- Avropalı Gürcüstan partiyası növbədənkənar seçkilər istəmir, Zuqdidi və Potidə rüsvay olan Qiqi Uqulava kimin mandatını cırır

 

Bakradze və Bokeria  növbədənkənar seçkilərin keçirilməsi məsələsini pozmaq istəyirlər , çünki mandatlara sahib deyillər və seçkilərdə rüsvay oldular-bu barədə Vətəndaşlar partiyasının lideri Aleko Elisaşvili bildirib. 

Onun sözlərinə görə, „Avropalı Gürcüstan“ partiyası sabotaj etmək istəyir.

„ Əgər etibarlı şəkildə saysaq və növbədənkənar  seçkilər təyin olunsa, bunu axı Milli Hərəkatçılar da imzalamalıdırlar ? Mən də ordayam, mən onu qoruyuram, parlamentə daxil olmaq istəmirəm ki. Bakradze və Bokeria bunu pozmaq istəyirlər, çünki mandatları yoxdur və seçkidə rüsvay oldular.  Bokeria  və Bakradze bildirirlər ki, mandatları cıraq və o gün soruşdum ki, kimin mandatını cırırsan, axı Zuqdidi və Potidə rüsvay oldun.Onlar pozurlar, növbədənkənar seçkilər istəmirlər.Sabotaja çalışırlar.Sabahkı gün gələcək və görəcəyik. Gürcüstanın gələcəyi iki mandata qurban gedir.Uqulava və Bokeria mandat qazana bilmədilər, buna görə çalışırlar , Potidə də , Zuqdididə də rüsvay oldular və bütün proses buna qurban gedir“,- deyə Aleko Elisaşvili „Mtavari Arxi“-nin efirində bildirib.