Tanınmış gürcü aktyoru, Kaxi Kavsadze vəfat etdi
Tanınmış gürcü aktyoru, Kaxi Kavsadze vəfat etdi

Tanınmış gürcü aktyoru, Kaxi Kavsadze 85 yaşında vəfat etdi. Məlumatı Rustaveli teatrından Gürcüstanın Birinci Kanalına təsdiq etdilər.

Kaxi Kavsadze son bir neçə həftə ərzində Birinci Universitet Klinikasında müalicə olunurdu.

Aktyor 19590cu ildə Şota Rustaveli adına Taetr İnstitutunun aktyorluq fakültəsini bitirdi və Rustaveli adına Akademik Teatrının aktyoru oldu.

Kinoda onun debütü 50-ci illərdən baş tutdu. 70-dən artıq bədii, sənədli, qısametrajlı və tammetrajlı filmlərdə çəkilib. Kavsadze kinofilmlərdə fərqlənən simalar yaratdı.

Kaxi kavsadze Gürcüstanın əməkdar artlsti idi. Bir neçə premiyaya layiq görülmüşdü – Şota Rustaveli adına dövlət premiyasının laueratı, Kote Marcanişvili adına dövlət premiyasının laueratı idi. İpolite Xviçiya adına “İPO” prizinı alıb. 2008-ci ildə Şota Rustaveli teatrı qaşısında kaxi kavsadze adına ulduz açıldı.