Aksiya iştirakçıları Təl-Əvivdə magistral yollardan birini bağlayıblar
Aksiya iştirakçıları Təl-Əvivdə magistral yollardan birini bağlayıblar

 
İsrailli girovların ailə üzvləri Təl-Əvivdə magistral yollardan birini bağlayıblar. “Qadınların etiraz qrupu”nun üzvləri də onlara qoşulublar.

Təl-Əvivdə nümayişlər fasiləsiz, beş gündür davam edir. Aksiyaların məqsədi növbədənkənar seçkilər təyin etmək və girovların azad edilməsini təmin edəcək saziş imzalamaq üçün hökumətə təzyiq göstərməyə xidmət edir.

Aksiyanın iştirakçıları hökuməti yanlış siyasətdə ittiham edir və tənqid edirlər.

“Oyanın, girovlar Qəzzadadırlar, onlar xəbərlərdə insanların onlar üçün mübarizə apardığını, hökumətin isə onları tərk etdiyini görürlər”- aksiyanın iştirakçısı deyir.