Ailə üzvlərini Coço kəndində baş verən təbii fəlakət zamanı itirən 12 yaşlı qıza Acarıstan iqtidarı yaşayın mənzili verdi
Ailə üzvlərini Coço kəndində baş verən təbii fəlakət zamanı itirən 12 yaşlı qıza Acarıstan iqtidarı yaşayın mənzili verdi

Acarıstan iqtidarının sədri Tornike Rijvadze, Xelvaçauri munisipalitetinin, Coço kəndində baş verən təbii fəlakət zamanı bütün ailə üzvlərini itirən yeniyetməyə yaşayış mənzili verdi.

Acarıstan iqtidarının mətbuat xidmətinin məlumatına görə, qızın evi Batumidə, yeni tikilən yaşayış kompleksində olacaq.

Dağdan çamur sürüşməsi nəticəsində həlak olan Tevdoradzelər ailəsinin 12 yaşlı qızı, təbii fəlakət zamanı qohumlarına qonaq getmişdi və beləkilə sağ qaldı.

Təbii fəlakət nəticəsində, Coço kəndində beş nəfər həlak oldu. İki ailə üzvü və onların üç qonağı.