Ağ Evdə Co Baydenlə Benyamin Netanyahunun görüşü keçirilir
Ağ Evdə Co Baydenlə Benyamin Netanyahunun görüşü keçirilir

 
Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahunun görüşü keçirilir. Görüş başlamazdan əvvəl Benyamin Netanyahu İsrailə dəstəyə görə Co Baydenə təşəkkür edib.

“Cənab prezident, bir-birimizi 40 ildir tanıyırıq və siz 50 il ərzində olan bütün baş nazirləri tanıyırsınız. 50 illik dövlət qulluğuna və İsrail Dövlətinə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm” – Benyamin Netanyahu Co Baydenə müraciət edib.

Bununla yanaşı, Netanyahu növbəti bir neçə ay ərzində Co Baydenlə işləməyə davam etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Öz növbəsində, Co Bayden liderlərin danışacaqları çox şey olduğunu bildirib.

Daha sonra İsrailin Baş naziri vitse-prezident Kamala Harrislə görüşəcək, iyulun 26-da isə Netanyahu ABŞ-ın sabiq prezidenti Donald Trampla danışıqlar aparacaq.