Afinada yüksək temperatur səbəbindən Akropol ziyarətçilər üçün bağlandı
Afinada yüksək temperatur səbəbindən Akropol ziyarətçilər üçün bağlandı

Yunanıstanın paytaxtı Afinada yüksək temperatur səbəbindən Akropol ziyarətçilər üçün bağlandı, – bu barədə “Reuters” agentliyi yazır.

Ərazidə könüllülər, eləcə də “Qırmızı Xaç”ın əməkdaşları ziyarətçilərə su paylayırdılar, ilkin tibbi yardım işçiləri də göndərilib.

Yunanıstanın Meteorologiya Xidməti yüksək hava temperaturunun qeyri-iş günlərində də davam edəcəyini bildirdi.

Yunanıstanda keçən ay məktəblər və turistik yerlər bağlandı, açıq hava altında işləyən insanlar üçün iş saatlarını azaltdılar.