ABŞ tərəfindən tətbiq edilən sanksiyalara görə Moskva birjasında dollar və avro ilə ticarət dayandırılıb
ABŞ tərəfindən tətbiq edilən sanksiyalara görə Moskva birjasında dollar və avro ilə ticarət dayandırılıb

 
Moskva birjasında dollar və avro ilə ticarət dayandırılıb- media bu haqda Rusiyanın Mərkəzi Bankının bəyan etdiyini yazır.

Buna səbəb Amerika tərəfindən Moskva birjasına qarşı tətbiq edilən məhdudiyyətlərdir.

“Amerika tərəfindən Moskvanın Fond Birjasına qarşı qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərə görə, birjada dollar və avro ilə ticarət və hesablaşma dayandırılıb”- bankın bəyanatında deyilir.

Bu isə o deməkdir ki, banklar, şirkətlər və investorlar bundan sonra mərkəzi birja vasitəsilə heç bir valyuta ilə ticarət edə bilməyəcəklər.

Amerika tərəfindən yeni sanksiyaların tətbiq edilməsi haqda məlumat dünən məlum olub. Xəzinədarlıq Departamenti Rusiya Federasiyasının müdafiə və ya onunla əlaqəli iqtisadi sektorlarında, sənaye, texnologiya, nəqliyyat və maliyyə xidmətlərində fəaliyyət göstərən və ya işləyən 100-dən çox şirkətə qarşı Rusiyanın hərbi səylərinə verdiyi töhfələrə görə sanksiya tətbiq edib. Həmçinin Rusiya, Belarus, Britaniya Virciniya adaları, Bolqarıstan, Qazaxıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Serbiya və Türkiyədən 90-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.