ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri - Hökumət tərəfindən rus stili xarici agentlər haqqında qanunun qəbul edilməsi səbəbilə Gürcüstan üçün kədərli gündür
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri - Hökumət tərəfindən rus stili xarici agentlər haqqında qanunun qəbul edilməsi səbəbilə Gürcüstan üçün kədərli gündür

 
Gürcüstan üçün kədərli gündür -bu haqda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin sosial şəbəkədə yazır və prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qoyduğu vetonun Gürcüstanın Parlamenti tərəfindən dəf edilməsinə sosial şəbəkədə münasibət bildirir.

“Gürcüstan hökuməti tərəfindən rus stili xarici agentlər haqqında qanunun qəbul edilməsi səbəbilə Gürcüstan üçün kədərli gündür, lakin xalq göstərdi ki, İvanişvilinin onların demokratiyasını məhv etməsinə və Avropa gələcəyini əlindən almasına imkan verməyəcək. Biz onları dəstəkləyirik”- Ben Kardin bildirir.