ABŞ Səfirliyi və Avropa İttifaqı nümayəndə heyyətinin bəyanatı - Bütün tərəflərə müraciət edirik ki, razılaşmanın əldə edilməsi üçün bütün imkanlardan istifadə etsinlər ki, parlament öz fəaliyyətini apara bilsin

Bütün tərəflərə müraciət edirik ki, razılaşmanın əldə edilməsi üçün bütün imkanlardan istifadə etsinlər ki, parlament öz fəaliyyətini tam şəkildə apara bilsin, – Bu barədə ABŞ-ın Gürcüstandaki Səfirliyinin və Avropa İttifaqının birgə bəyanatında deyilir.

“Bizim fasilitator olaraq, rolumuz partiyalar üçün neytral forumun təmin edilməsini nəzərdə tuturdu ki, onlar oturub, bir-birilərinin fərqli mövqelərini müzakirə etsinlər.

Biz çox təəssüflənirik ki, partiya liderlərinin cəhdlərinə baxmayaraq, parlamentin ilk iclasına qədər, razılaşmaya nail oluna bilmədi.

İndi isə, biz bütün tərəflərə müraciət edirik ki, razılaşmanın əldə edilməsi üçün, bütün imkanları müzakirə etsinlər ki, Gürcüstanın demokratiyasının, iqtisadiyyatının və təhlükəsizliyinin inkişafı üçün önəmli olan parlament öz fəaliyyətini tam şəkildə apara bilsin. Biz bu prosesi və razılaşmanın əldə edilməsi üçün göstərilən çabaları dəstəkləməyə davam edəcəyik”, – deyilir bəyanatda.