ABŞ səfiri Kelli Deqnan müxalifət namizədləri ilə görüşdü
ABŞ səfiri Kelli Deqnan müxalifət namizədləri ilə görüşdü

ABŞ-ın Gürcüstana yeni təyin edilən səfiri Kelli Deqnan müxalifət nümayəndələri ilə görüşdü.

“Bu gün səfir Deqnan müxalifət liderlərini, onlarla tanış olmaq və Gürcüstanın siyasi mühiti ilə bağlı söhbət etmək üçün iqamətgahına dəvət etdi.

Səfir bütün tərəflərin iqtidar və müxalifət arasındaki dialoqda və seçki sisteminin islahat prosesində, ODİHR-ın rekomendasiyalarını nəzərə alaraq, fəal siyasi iştirakının əhəmiyyətini vurğuladı” – deyilir ABŞ səfirliyi tərəfindən yayılan məlumatda.