ABŞ Məxfi Xidmətinin direktoru, Kimberli Çitl istefa verib
ABŞ Məxfi Xidmətinin direktoru, Kimberli Çitl istefa verib

 
ABŞ Məxfi Xidmətinin direktoru, Kimberli Çitl istefa verib. O, istefa ərizəsini artıq yazıb.

Kimberli Çitl iyulun 13-də sabiq prezident və hazırda prezidentliyə namizəd Donald Trampa hücuma görə vəzifəsini tərk edir.

Kimberli Çitl iyulun 22-də Konqresin Nəzarət Komitəsində dinləmələrə çağırılmışdı. Açılış nitqində Kimberli Çitl, Məxfi Xidmətin iyulun 13-də uğursuzluq yaşadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü, lakin istefa verməkdən imtina etdiyini qeyd etdi. Konqresmenlər tərəfindən Kimberli Çitlin istefa verməsiylə bağlı çağırışlar oldu.

Xatırladaq ki, iyulun 13-də ABŞ-ın sabiq prezidenti Donald Trampa Batler şəhərində tərəfdarları ilə görüş zamanı atəş açıblar. Nəticədə Tramp yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Donald Tramp qulaq nahiyəsindən xəsarət alıb.