ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı “Dostluq aktı” qəbul edib
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı “Dostluq aktı” qəbul edib

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı “Dostluq aktı” qəbul edib.

Sənədi 41 konqresmen dəstəkləyib, altısı isə əleyhinə səs verib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dostluq aktı”nın müzakirəsi dünən keçirilib.

“Dostluq aktı”nın əsas müddəaları:

“Demokratiya və qanunun aliliyinin dəstəklənməsi – haqqında qanun” rəsmi sənəd ABŞ siyasətinin Gürcüstanda demokratik dəyərləri, insan haqlarını və qanunun aliliyini qorumaq siyasətini bildirir. O, Gürcüstanın vətəndaş cəmiyyətinin əldə etdiyi mühüm irəliləyişi tanıyır və regional sabitlik və ABŞ-ın maraqları üçün demokratiyanın gücləndirilməsinin vacibliyini vurğulayır.

Demokratik geriləmələrə reaksiya vermək – Gürcüstanda son demokratik geriləmələrə cavab olaraq, aktda Gürcüstan hökumətinin hərəkətlərinin və Rusiya və digər avtoritar rejimlərlə əlaqələrinin daha çox öyrənilməsinə çağırış daxildir.

Hesabat təqdim etmək və sanksiyalar – rəsmi sənəd hesabatlılığı təmin etmək üçün bir neçə hesabat, həmçinin, Gürcüstanda Rusiyanın maraqlarını dəstəkləyən korrupsiya əməlləri və sanksiyalardan yayınma, Gürcüstanda rus kəşfiyyatının sızmasının və Çinlə potensial əməkdaşlığın qiymətləndirilməsi, aşkarlanması və sanksiyaları və Gürcüstanda demokratiyanı sarsıdan şəxslər üçün səyahət məhdudiyyətlərinin tətbiq edilməsini tələb edir.

Demokratiyanın monitorinqi üzrə işçi qrupunun yaradılması – rəsmi sənəd ədalətli və azad seçki prosesini təmin etmək üçün Gürcüstanda xüsusilə seçkilər zamanı demokratik mühitin monitorinqi və təşviqi üzrə işçi qrupun yaradılması nəzərdə tutur.

İkitərəfli münasibətlərin və dəstəyin qücləndirilməsi – Gürcüstanda əhəmiyyətli demokratik irəliləyişin təsdiqlənməsindən sonra, rəsmi sənəd ABŞ-ın sonrakı yardımını nəzərdə tutur: Gürcüstanla daha əlverişli ticarət sazişi üzrə danışıqların aparılması; insanlar arasında mübadilə proqramlarının genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi; iqtisadi və modernləşdirmə paketinin hazırlanması; Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün təhlükəsizlik və müdafiə dəstəyini təmin etmək”.

İkipartiyalı “dostluq aktı” Nümayəndələr Palatasına ABŞ Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson, həmçinin konqresmenlər Stiv Koen, Riçard Hadson və Mark Vesi tərəfindən təqdim edilib.

“Dostluq aktı”nın həmçinin konqresmenlər: Robert Aderholt, Emmanuel Kliver, Ci Kosta və Şeyla Cekson Li tərəfindən birgə maliyyələşdirilir.