ABŞ-ın cənub ştatlarında tornado nəticəsində azı 21 nəfər həlak olub, Kentukki ştatında fövqəladə vəziyyət elan edilib
ABŞ-ın cənub ştatlarında tornado nəticəsində azı 21 nəfər həlak olub, Kentukki ştatında fövqəladə vəziyyət elan edilib

 
Medianın məlumatında, ABŞ-ın cənub ştatlarında tornado nəticəsində 8 nəfər Arkanzas ştatında, 7 nəfər Texasda, 4 nəfər Kentukkidə və 2 nəfər Oklahomada- ümumilikdə 21 nəfərin həlak olduğu deyilir.

Təbii fəlakət yüzlərlə tikilini dağıdıb. Kentukkinin qubernatoru fövqəladə vəziyyət elan edib.

Bununla yanaşı, Meteorologiya Xidməti sakinlərə Nyu Cersi, Nyu York, Pensilvaniya, Corciya və Cənubi Karolina ştatlarında da güclü şimşək çağacağı haqda xəbərdarlıq edib.