ABŞ-ın Gürcüstandaki səfirliyi - "Rustavi-2"-nin işi ilə bağlı məhkəmə qərarı ədalətli və qeyri-siyasi şəkildə icra olunmalıdır
ABŞ-ın Gürcüstandaki səfirliyi - "Rustavi-2"-nin işi ilə bağlı məhkəmə qərarı ədalətli və qeyri-siyasi şəkildə icra olunmalıdır

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki Səfirliyi Strasburq Məhkəməsi tərəfindən “Rustavi-2” tele şirkəti ilə bağlı verilən qərara səslənir.

Müvafiq bəyanat Səfirliyinin “Facebbok” səhifəsində yayıldı.

Bəyanatda qeyd olunur ki, məhkəmə qərarı ədalətli və qeyri-siyasi şəkildə icra olunmalıdır.

“Biz Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “Rustavi-2″ kanalı ilə bağlı, iyulun 18-də verilən qərar ətrafında yaranan vəziyyəti diqqətli şəkildə izləyirik. Biz, tərəflərə müraciət edirik ki, məhkəmə qərarı qeyri-siyasi və ədalətli şəkildə icra edilsin və ölkədə medya plyuralizminin qorunması təmin olunsun.

Amerika Birləşmiş Ştatları Gürcüstan medyasında söz və ifadə azadlığının qorunmasını dəstəkləməyə davam edir” – deyilir ABŞ Səfirliyinin bəyanatında.