ABŞ Gizli Xidmətinin Direktoru - İyulun 13-də keçmiş prezidentə sui-qəsd Gizli Xidmətinin onilliklər ərzində ən əhəmiyyətli əməliyyat uğursuzluğudur
ABŞ Gizli Xidmətinin Direktoru - İyulun 13-də keçmiş prezidentə sui-qəsd Gizli Xidmətinin onilliklər ərzində ən əhəmiyyətli əməliyyat uğursuzluğudur

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Gizli Xidmətin direktoru Kimberli Çitlini dinləyir.

Konqresmenlər Gizli Xidmətin rəhbərini iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində prezidentliyə namizəd Donald Trampın çıxışı zamanı həyata keçirilən hücumla bağlı suallar verirlər.

Konqresmenlər Gizli Xidmətin eks-prezidenti layiqincə qoruya bilməməsinin səbəbini müəyyən etməyə çalışırlar.

Sessiyanın başlanğıcında Kimberli Çitl konqresmenlər qarşısında çıxış edib.

“İyulun 13-də keçmiş prezidentə sui-qəsd Gizli Xidmətin onilliklər ərzində ən əhəmiyyətli əməliyyat uğursuzluğudur. Gizli Xidmətin əsas missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də uğursuzluqla üzləşdik. Birləşmiş Ştatların Gizli Xidmətinin direktoru kimi mən agentliyin buraxdığı hər hansı səhvə görə tam məsuliyyət daşıyıram. Biz davam edən istintaqla tam əməkdaşlıq edirik. Biz nə baş verdiyini öyrənməliyik və mən 13 iyul kimi hadisənin bir daha təkrarlanmaması üçün hər şeyi edəcəyəm”, – ABŞ-ın Gizli Xidmətinin direktoru bildirib.

Respublikaçı və Demokrat Partiyasının nümayəndəsi konqresmenlər Kimberli Çitlə silahlı hücumçu Tomas Kruksun keçmiş prezidentə atəş açdığı damda Gizli Xidmət agentlərinin olub-olmadığını barədə sual ünavnladılar; Tomas Kruks seçki kampaniyası başlamazdan əvvəl pilotsuz uçuş aparatını havaya buraxdımı və bir çox insanın onu damda odlu silahla gördüyü zaman niyə dayandırmadı.

Kimberly Çitl sualların bir hissəsindən yayınaraq, bəzi suala isə “hadisədən sadəcə doqquz gün keçdiyini və hələ də istintaqın davam etdiyini” cavablayıb.

“Mən bu gün haqqında təfərrüatlara girə bilmərəm” – deyə Çitl qeyd etdi.