ABŞ Federal Təhqiqat Xidməti - Pensilvaniyada Donald Trampa sui-qəsd cəhdi olub
ABŞ Federal Təhqiqat Xidməti - Pensilvaniyada Donald Trampa sui-qəsd cəhdi olub

Pensilvaniyada Donald Trampa sui-qəsd olub. – ABŞ Federal Təhqiqat Xidmətinin Pittsburq üzrə sahə zabiti Kev Rojek bunu Pensilvaniya ştatının Butler şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

“Bu axşam Donald Trampa sui-qəsd dediyimiz hadisə baş verdi. Bu hələ də aktiv cinayət yeridir”, – Rojek bildirib.

Onun sözlərinə görə, Donald Trampı güllələyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd olmayıb və onun şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir. Həmçinin cinayətin motivi hələlik məlum deyil.

Pensilvaniyaya ölkənin hər yerindən FTB agentləri, məhkəmə ekspertizası və digər işçilər göndərilir.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Batler şəhərində tərəfdarları ilə görüş zamanı güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub. Daha iki nəfərin vəziyyəti ağırdır.