ABŞ-ın federal hakimi Donald Tramp tərəfindən gizli sənədlərin saxlanması qaydasını pozması ilə bağlı işə baxmaqdan imtina edib
ABŞ-ın federal hakimi Donald Tramp tərəfindən gizli sənədlərin saxlanması qaydasını pozması ilə bağlı işə baxmaqdan imtina edib

ABŞ-ın federal hakimi Donald Tramp tərəfindən sənədlərin gizli saxlanması qaydasını pozması ilə bağlı işə baxmaqdan imtina edib.

Floridanın bölgə Məhkəməsinin hakimi, Donald Tramp tərəfindən bu vəzifəyə irəli sürülən hakim Eylin Kannon ittiham tərəfini təmsil edən xüsusi prokuror Cek Smitin bu vəzifəyə qanunsuz olaraq təyin edildiyini və işi təqdim etmək səlahiyyətinə malik olmadığını bildirib.

Məlumat üçün bildirək ki, ABŞ-ın sabiq prezidentə qeyd olunan iş üzrə 40 maddə ilə ittiham irəli sürülüb. İttihama görə, Donald Tramp Ağ Evi tərk etdikdən sonra gizli dövlət sənədlərini saxlayıb və həmçinin, istintaqa mane olurdu.