ABŞ dövlət katibinin Qafqaz Danışıqları Məsələləri üzrə xüsusi nümayəndəsi Ermənistana gedib
ABŞ dövlət katibinin Qafqaz Danışıqları Məsələləri üzrə xüsusi nümayəndəsi Ermənistana gedib

 
ABŞ dövlət katibinin Qafqaz Danışıqları Məsələləri üzrə xüsusi nümayəndəsi Luis Bono Ermənistana gedib. Erməni mediasının yazdığı üzrə, Luis Bono Ermənistan hakimiyyətinin nümayəndələri ilə artıq görüşüb.

Amerikalı diplomat Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanla danışıqlar aparıb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsi müzakirə edilib.

“Ermənistan-Azərbaycan danışıqları prosesində son zamanlarda inkişaf etmiş hadisələrə və uzunmüddətli sülhün bərqərar edilməsi perspektivinə toxunulub”- Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib.