ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları Məsələləri üzrə Müavini Uzra Zeya Gürcüstana səfər edəcək
ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları Məsələləri üzrə Müavini Uzra Zeya Gürcüstana səfər edəcək

ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları Məsələləri üzrə Müavini Uzra Zeya 9-17 iyul tarixlərində Gürcüstan və Ermənistana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayır.

Rəsmi açıqlamada qeyd edildiyi kimi, “ABŞ Dövlət Katibinin Müavini səfəri zamanı demokratik idarəçilik, korrupsiyaya qarşı mübarizə, media və ifadə azadlığı, həmçinin, marginal və müdafiəsiz qrupların cəlb edilməsi məsələlərini müzakirə edəcək”.

ABŞ Dövlət Katibinin Müavini Gürcüstana səfəri zamanı hökumət, vətəndaş sektoru, media və parlament nümayəndələri ilə görüşərək ABŞ-ın “xarici təsirin” haqqında qanunu və digər qeyri-liberal qanunvericilik ilə bağlı, həmçinin, Gürcüstanın Avro-Atlantik yolunu təhlükə altına atan, Gürcüstan hökumətinin zədələyici ritorikası ilə bağlı ciddi narahatlığını vurğulayacaq. 

O, açıq şəkildə Gürcüstan hökumətinin qeyri-demokratik davranışı və ABŞ haqqında dezinformasiyanın yayılmasının ABŞ və Gürcüstan arasında uzunmüddətli münasibətlərə xələl gətirdiyini bildirəcək. ABŞ Dövlət Katibinin Müavini həmçinin ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini, həmçinin, gürcü xalqının Avro-Atlantik inteqrasiyaya sadiqliyini və Gürcüstanla 32 illik tərəfdaşlıq dövründə Gürcüstana verdiyi dəstəyi vurğulayacaq. Bundan başqa, o bir daha azad və ədalətli seçkilərin, aktiv vətəndaş sektorunun, fundamental azadlıqlara hörmətin artırılmasının, marginal qrupların üzvlərinin müdafiəsinin və bütün gürcülərin hüquqlarının qorunmasının vacibliyini vurğulayacaq.

ABŞ Dövlət Katibinin Müavini Rusiya tərəfindən Gürcüstanın işğalını davam etdirməsi nəticəsində məcburi köçkün qadınların yaratdığı ictimai təşkilata da səfər edəcək”, – deyə bəyanatda bildirilib.