3 maydan 12 may daxil olmaqla munispal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
3 maydan 12 may daxil olmaqla munispal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Koordinasiya şurasının qərarı ilə, 3 maydan 12 may daxil olmaqla munispal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.ş – bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qəragahın sədri, Giorgi Ğibradze, hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

“4-11 may Gürcüstanda tətil olaraq elan edilib, hansı da mobilliyin azaldılması məqsədini güdür. Koordinasiya şurasının qərarı ilə, 3 maydan 12 may daxil olmaqla munispal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq; paralel olaraq, vaksinasiya milli planına müvafiq olaraq, vaksinasiya prosesi fəal davam etdiriləcək. Dünya immunizasiya həftəliyi ilə bağlı, cari həftədən vaksinasiya prosesinə Gürcüstan hökuməti və parlamenti üzvləri qoşulacaqlar; müvafiq idarələr tərəfindən ölkədə tədbiq olunan məhdudiyyətlərin icrasına sərt nəzarət yenə də davm etdirilir.

Həmçinin, idarələrarası koordinasiya şurası epidemioloji tendensiyaların izlənilməsin davam etdirir və sonrakı qərarları vəziyyətin təfərrüatlı analizi nəticəsində qəbul edəcək. Gürcüstanda koronavirusun ilk halının aşkar edilməsindən bu günə qədər 304 272 təsdiq olunmuş halı qeydə alınıb, buradan 287 029 insan müalicə olunaraq sağalıb, 4 043 insan vəfat edib. Bu mərhələdə karantin rejimində 227 vətəndaş, stasionarda müşahində altında 3 676 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 727 insan qalmaqdadır. Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən idarələrarası koordinasiya şurasının işinə Gürcüstan parlamenti və prezident administrasiyası fəal iştirak edir”, – Giorgi Ğibradze bəyan etdi.