2006-cı ilə qədər verilən sürücü vəsiqələrinin hüquqi qüvvəsi saxlanılır
Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin məlumatına görə, 2006-cı ilin aprelin 1-nə qədər verilən sürücü vəsiqələrinin hüquqi qüvvələri 2018-ci ilin aprelin 1-nə qədər saxlanılır.
Nazirliyinin məlumatına görə, əgər vətəndaş 2018-ci ilin aprelin 1-nə qədər sürücülük vəsiqələrini dəyişmədisə, sənəd avtomatik olaraq, qüvvəsini itirmiş olacaq və onun sahibi yeni vəsiqə almalı olacaq və bünü üçün isə, sürücülük vəsiqəsi üçün gərəkən imtahanları yenidən tapşıracaq.
Qeyd edək ki, bu dəyişikliklər plastik kart vəsiqəsi olan sürücülərə aid deyil.