1991-ci ilin referendumundan 30 il keçdi
1991-ci ilin referendumundan 30 il keçdi

1991-ci ilin referendumundan 30 il keçdi.

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdianın idarəçiliyi dövründə keçirilən referendumda, seçicilərin böyük hissəsi “1918-ci ilin, 26 may aktına əsasən, Gürcüstanın müstəqilliyinin bərpa olunmasına razısınız mı?” sualına müsbət cavab vermişdi.

Referendumda Cənubi Osetiya regionu və Abxaziya Muxtar Respublikasının əhalisi də iştirak edirdi.

3 672 403 seçicidən 3 295 493 nəfər Gürcüstanıən Müstəqilliyinin bərpasını dəstəkləmişdi.

1991-ci ilin aprelin 5-də, referendumun yekun nəticələri elan edildi.

Daha sonra isə, aprelin 9-da, Ali Şuranın sesiyasında Gürcüstanın Müstəqillik aktı qəbul edildi.

Bu gün həmçinin, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdianın doğum günüdür. Əgər yaşasaydı, o bu gün 82 yaşında olacaqdı.