ABŞ Ukraynaya 200 milyon dollar dəyərində daha bir hərbi yardım paketi verəcək
ABŞ Ukraynaya 200 milyon dollar dəyərində daha bir hərbi yardım paketi verəcək

ABŞ Ukraynaya dəyəri 200 milyon dollar olan daha bir hərbi yardım paketi verəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Con Kirbinin izah etdiyi kimi, yardım paketinə hava hücumundan müdafiə vasitəsi, “HIMARS”-ın artilleriya döyüş sursatı və tank əleyhinə “Javelin” tipli raketləri daxildir.

Pentaqon Ukraynaya uzaq mənzilldə aktiv və tank əleyhinə silahla yanaşı, hava hücumundan müdafiə sistemləri verəcək.

Məlumat üçün bildirək ki, ABŞ Ukraynaya hərbi yardım paketi haqqında iyulun 11-də açıqlayıb. Paket “Patriot” tipli hava hücumundan müdafiə sistemi daxil idi.