10-11 dekabr tarixlərində Cenevrə Beynəlxalq Danışıqlarının 51-ci raundu keçiriləcək
10-11 dekabr tarixlərində Cenevrə Beynəlxalq Danışıqlarının 51-ci raundu keçiriləcək

 

 

 

10-11 dekabr tarixlərində Cenevrə Beynəlxalq Danışıqlarının 51-ci raundu keçiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlar çərçivəsində Gürcüstan nümayəndə heyyəti Rusiya Federasiyası və işğalçı  rejimlər  tərəfindən pandemiya fonunda xüsusilə ağırlaşan qanunsuz əməllər məsələsini irəli sürəcək.

Nazirlikdən verilən məlumata görə, Gürcüstan tərəfi işğalçı  rejiminin nümayəndələri arasında keçirilən görüşlərdən , dırnaq arası   “İttifaq dövləti” yaradılmasına dair məsələnin müzakirəsindən də danışacaq. 

Gürcü tərəfi işğalçı  rejim tərəfindən qanunsuz şəkildə həbs olunmuş Gürcüstan vətəndaşlarının sərbəst buraxılması məsələsinə xüsusi diqqət ayıracaq.

Faktiki olaraq bir il davam edən fasilədən sonra AB-nin, BMT və ATƏT-in vasitəçiliyi ilə, həmçinin ABŞ-ın iştirakı ilə danışıqların növbəti raundunun keçirilməsinə xüsusi önəm verilir. 

Gürcü tərəfi işğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılmış Gürcüstan vətəndaşlarının, o cümlədən İrakli Bebuanın saxlanılması məsələsinə xüsusi diqqət ayıracaq. Xatırladaq ki, məhz Cenevrə danışıqlarından əvvəl onun barəsində 9 il müddətinə həbs-qətimkan tədbiri seçildi. Bu isə işğalçı rejim tərəfindən təxribat xarakterli addımın atılması deməkdir.

Axalqori və Qali bölgələrindəki çətin humanitar vəziyyət müzakirə ediləcək və sərbəst hərəkətin təmin edilməsinin vacibliyi vurğulanacaq. Xüsusi diqqət təxirəsalınmaz tibbi evakuasiya ehtiyyacının maneəçiliklər olmadan həyata keçirilməsinin, eləcə də  etnik ayrıseçkiliyə son qoyulmasının zəruriliyinə yönəldiləcək.