"Əgər Giorgi Kvirikaşvili bizə yeni, effektiv dəstə təqdim etsə, təbii ki, biz, parlament olaraq, ona etimadımızı bildirəcəyik
"Əgər Giorgi Kvirikaşvili bizə yeni, effektiv dəstə təqdim etsə, təbii ki, biz, parlament olaraq, ona etimadımızı bildirəcəyik

“Əgər Giorgi Kvirikaşvili bizə yeni, effektiv dəstə təqdim etsə, təbii ki, ona etimadımızı bildirəcəyik” – bu barədə bəyanatı Parlamentin İnsan Hüquqlarının Qorunması üzrə Komitə sədrinin birinci müavini Gedevan Popxadze verdi.

Onun dediyinə görə, bu hökümət tərkibindəki ilk dəyişiklik deyil.

“Bu dəyişikliklər haqqında baş nazirin arqumentlərini dinlədikdən sonra, qərarımızı verəcəyik. Daha öncədən də müəyyən bir fikrimiz ola bilər, ancaq düşünürəm ki, bəyanatları sabah versək daha yaxşı olar. Təbii ki, Giorgi Kvirikaşvili yeni, effektiv dəstə təqdim etsə, biz də parlament olaraq, ona etimadımızı bildirəcəyik” – dedi Gedevan Popxadze.

Hökümət tərkibindəki dəyişikliklər haqqında bəyanatı, baş nazir sabah verəcək.