Əfqanıstanda güclü yağış və daşqın nəticəsində azı 50 nəfər həlak olub
Əfqanıstanda güclü yağış və daşqın nəticəsində azı 50 nəfər həlak olub

Əfqanıstanda güclü yağış və daşqın nəticəsində azı 50 nəfər həlak olub. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın məlumatına görə, hazırda xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Qur vilayətinin İnformasiya Departamentinin rəhbəri Mövləvi Əbdül Hai Zaimminin sözlərinə görə, 2000-dən çox yaşayış evi tamamilə dağılıb, 4000-dən çoxu isə qismən zərər görüb. Bununla yanaşı, 2000-dən çox mağaza su altında qalıb.

Ötən həftə şgüclü yağış nəticəsində yaranan daşqınlar Əfqanıstanın şimalında kəndləri dağıdıb, 315 nəfər həlak olub, 1600-dən çox insan yaralanıb.